“Türkiyənin Hatay vilayətində dünən baş verən zəlzələ zamanı dağıntılar altında qalan azərbaycanlıların olub-olmaması barədə araşdırma aparılır”.
Bunu Milletinsesi.info-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, bu barədə hələlik dəqiq məlumat alınmayıb.
A.Hacızadə əlavə edib ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən sonra iki vətəndaşımızdan xəbər ala bilməmişik.
Xatırladaq ki, fevralın 20-də Hatayda 6,4 bal gücündə zəlzələ baş verib. Hadisə zamanı 6 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.