Ötən il ərzində 57 mindən çox şəxs ƏLİLLİK TƏYİNATI ALIB

 17-02-2023

“İndiki zamanda əlillik təyinatı şəffaf şəkildə həyata keçirilir”.

Bunu APA-nın sualına cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov saxta əlilliklərin ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bundan öncəki zamanda sui-istifadə halları da olubsa, onlar aşkarlanır:

“Mütəmadi olaraq risk qrupuna aid olan şəxslər yoxlanılır. Bizim əsas məqsədimiz indiki dövrdə və sonrakı dövrdə əlillik təyinatına şəffaflığı tam təmin etməkdir. Eyni zamanda real əlilliyi olan şəxslərin çətinlik yaşamadan əlillik ala bilməsini təmin etməkdir. Ötən il ərzində 57 mindən çox şəxs əlillik təyinatı alıb”.

Bənzər yazılar

0.19287991523743