AZAL Parisə uçuşları BƏRPA EDİR

 16-02-2023

Bu yaz “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.

Bu barədə Milletinsesi.info-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Bənzər yazılar

0.27869606018066