Sahil Babayev serbiyalı həmkarı ilə əməkdaşlıq məsələlərini MÜZAKİRƏ EDİB

 15-02-2023

Serbiyada səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə həmin Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviçin görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyi bildirilib. İki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və müxtəlif sahələrdə getdikcə genişləndiyi vurğulanıb. 

Komissiyanın həmsədrləri iki ölkənin əməkdaşlıq gündəliyini nəzərdən keçiriblər. Enerji, kənd təsərrüfatı, ticarət, təhsil, sosial və s. sahələrdə gələcək əməkdaşlığa, Serbiyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakına, qarşılıqlı investisiyaların təşviqinə dair fikir mübadiləsi aparılıb. İkitərəfli və tranzit yük axınlarının artırılması imkanlarından bəhs olunub, əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib.  

Ölkəmizdə son illər sosial sahədə innovativ həllərin tətbiqi, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan uğurlar, DOST konsepsiyası qeyd edilib. Sosial sahədə iki ölkə arasında təcrübə mübadilələrinin aparılmasının önəmi vurğulanıb.

Bənzər yazılar

0.18696093559265