Fransız modelyer Pako Rabanın malikanəsi ölümündən sonra QARƏT EDİLİB

 10-02-2023

Fransız modelyer Pako Rabanın malikanəsi ölümündən iki gün sonra qarət edilib.

Mərhumun kremasiyasına cəmi bir neçə saat qalmış modelyerin Fransanın şimal-qərbində yerləşən evinə oğrular soxulublar.

Onlar şüşə qapını sındırıb içəri giriblər. Lakin yerli hakimiyyət orqanlarının fikrincə, oğurladıqları əşyalar elə də yüksək dəyərdə olmayıb.

Polis hadisəni törədənləri tapa bilməyib. Şəhər merinin sözlərinə görə, oğrular yəqin ki, içəridə çoxlu qiymətli əşyaların qaldığını düşünüblər.

Mənbə: Komsomolskaya pravda

Bənzər yazılar

0.474928855896