Bakıda çiskin, rayonlarda QAR GÖZLƏNİLİR - Sabahın HAVA PROQNOZU

 06-02-2023

Azərbaycan ərazisində fevralın 7-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.info-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bənzər yazılar

0.48171710968018