Müdafiə Nazirliyinin sabiq şöbə müdirinin oğlunun ölkədən çıxışı QADAĞAN OLUNDU

 07-05-2022

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

MillətinSəsi.info “Kriminalqafqaz”a istinadən xəbər verir ki, o, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Yunis Abbasəliyevlə bağlı Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Yunis Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

Bir neçə il öncə Yunis Abbasəliyevin Dubayda lüks həyat yaşadığını nümayiş etdirən video yayılmışdı.

Bənzər yazılar

0.20935392379761