“Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktorunun PROKUROR ATASI VƏFAT EDİB

 07-05-2022

Prokurorluq orqanlarının veteranı, uzun illər Baş Prokurorluqda və digər idarələrdə rəhbər vəzifələrdə çalışmış Oktay Qasımov dünyasını dəyişib.

MillətinSəsi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən vəfat edib.

Baş Prokurorluq O.Qasımovun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.

Qeyd edək ki, Oktay Qasımov “Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktoru Binnət Əli Qasımovun atasıdır.

Bənzər yazılar

0.2104389667511