“Liverpul” səfərdə darmadağın olundu, “Mançester Yunayted” 10 nəfərlə QƏLƏBƏ QAZANIB

 04-02-2023

İngiltərə Premyer Liqasının 22-ci turunda “Vulverhempton” evdə “Liverpul”u 3:0 hesabı ilə məğlub edib.

Hesab 5-ci dəqiqədə avtoqoldan sonra açılıb. “Liverpul”un müdafiəçisi Joel Matip öz qapısına vurub.

İkinci qol 8 dəqiqə sonra vurulub. “Vulverhempton”un heyətində Kreq Douson fərqlənib. Oyunda son nöqtəni Ruben Neviş qoyub.

“Vulverhempton” - “Liverpul” - 3:0

Premyer Liqasının 22-ci turunda digər oyun “Mançester Yunayted”lə “Kristal Pelas” arasında baş tutub.

“Qırmızı şeytanlar” oyunda çətin qələbə qazanıb.

“Mançester Yunayted” - “Kristal Pelas” – 2:1

Qollar: Brunu Fernandeş,7(1:0), Markus Reşford,62 (2:0), Djef Şlupp,76(2:1)

Qırmızı vərəqə: Kazemiro, 70 (Mançester Yunayted)

Bənzər yazılar

0.52309799194336