Culfanın Bənəniyar kənd sakinləri Ali Məclisin keçmiş sədri Vasif Talıbovun dövründə ögey münasibətlə qarşılaşdıqlarını, onun dövründə kəndə hərbi texnikanın vasitəsilə girən polisin bənəyarlılara divan tutduğunu, işgəncələrdən az sonra bir nəfərin həyatını itirdiyini bildirirlər.
Toplum TV-yə danışan kənd sakini Yunis Əliyev Naxçıvandakı vəziyyəti filmlərdəki səhnələrlə müqayisə edib.
“Hətta filmlərdə görmüşdük ki, “Mixaylo” kinosunda şəhərdə iki-iki gəzmək qadağandır. Eynisi bizim bu kənddə olmuşdu”, - Y.Əliyev deyib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının yeni rəhbərliyi 13 il öncə əvvəl baş verənləri araşdırmağa başlayıb.
Daha ətraflı: