Sumqayıtda gedişhaqqı 10 YOX, 20 QƏPİK ARTIRILIB?!

 04-02-2023

Sosial şəbəkələrdə sumqayıtda bəzi marşrut xətlərində süni qiymət artımına yol verilməsi barədə məlumatlar yayılıb.

Sakinlər gedişhaqqının Tarif Şurasının qərarına uyğun olaraq 10 qəpik deyil, 20 qəpik artırıldığını bildiriblər.

Qeyd edilib ki, sözügedən artım Sumqayıtdan qəsəbələrə işləyən avtobuslarda müşahidə olunub. Sakinlərin sözlərinə görə, 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarından istifadə edən sərnişinlərdən 50 qəpik ödəniş tələb olunub. Halbuki indiyədək gedişhaqqı məbləği 30 qəpik olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildiriib ki, qiymətlər Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir:

“Məlumat üçün bildirək ki, ölkə üzrə müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri müəyyən edilmiş məsafələrdən asılı olaraq tətbiq edilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına əsasən 15 km-dək (15 km daxil olmaqla) 40, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 50, 30 km-dən 40 km-dək (40 km daxil olmaqla) 60 qəpik müəyyən edilib”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) “Qafqazinfo”ya bildirilib ki, sözügedən marşrutlarda sui-istifadə hallarına yol verilməməsi üçün məlumatlandırma işləri aparılır:

“Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında sərnişindaşımada ikili tarif tətbiq olunur. Məsafədən asılı olaraq avtobusda şəhərdaxili qiymət 40 qəpik, şəhərətrafı qiymət isə 50 qəpik səviyyəsində müəyyən edilib. İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə Tarif Şurasının qərarının icrasının təmin edilməsi və tariflərin tətbiqi zamanı sui-istifadə hallarına yol verilməməsi məqsədilə AYNA tərəfindən Sumqayıt şəhərinin sözügedən 4 şəhərətrafı marşrutu üzrə məlumatlandırma işləri aparılır”.

AYNA daşıyıcılara süni qiymət artımına yol verməmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb.


Bənzər yazılar

0.31747102737427