Şəmkirdə bacısını qətlə yetirməkdə şübhəli bilinən ŞƏXS SAXLANILIB

 04-02-2023

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Milletinsesi.info-ın məlumatına görə, rayonun Sabirkəndində Qənirə Şərifova öldürülüb.

Hadisəni 1992-ci təvəllüdlü Şaiq Şərəfli törətməkdə şübhəli bilinib. O, mərhumun qardaşıdır.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.47557091712952