Ötən gün neçə kiloqram narkotik vasitə dövriyyədən ÇIXARILIB?

 04-02-2023

Fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.32780599594116