Abşeronda 10 yaşlı uşağı avtomobil VURUB

 04-02-2023

Abşeron rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

“Report”un məlumatına görə, 2013-cü il təvəllüdlü Məmmədzadə Dünya Emin qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.56400799751282