Ronaldu “Əl-Nəsr”də rəsmi oyunlarda İLK QOLUNU VURUB 

 03-02-2023

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda rəsmi oyunlardakı ilk qolunu vurub.

Milletinsesi.info-ın məlumatına görə, 38 yaşlı hücumçu səfərdə “Əl-Fateh”ə qarşı XVI tur matçının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib.

Görüşdəki sonuncu qolun müəllifi olan ulduz futbolçu komandasını məğlubiyyətdən xilas edib - 2:2. “Al-Nəsr”in digər qoluna 42-ci dəqiqədə Anderson Taliska imza atıb. Braziliyalı yarımmüdafiəçi 90+5-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Meydan sahiblərindən isə 12-ci dəqiqədə Kristian Telyo və 58-ci dəqiqədə Sofian Bendebka fərqləniblər.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 34-ə çatdıran “Əl-Nəsr” liderliyə yüksəlib. 22 xalı olan “Əl-Fateh” isə 6-cı pillədə qərarlaşıb.

 

 

Bənzər yazılar

0.45126795768738