Qara dənizdə Rusiyanın daha bir GƏMİSİ VURULDU

 06-05-2022

Zmeynıy adasının yaxınlığında yerləşən “Burevestnik” tipli Rusiyaya məxsus 11356P layihəli freqatının göyərtəsində partlayış və sonra yanma baş verib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə “Dumskaya” məlumat yayıb.

İlkin məlumata görə, gəmi Ukraynanın “Neptun” gəmi əleyhinə raketi ilə vurulub.

Bildirilib ki, Rusiya təyyarələri indi Qara dənizin bu ərazisində dövrə vurur, Krım yarımadasından kömək üçün xilasedici gəmilər çıxıb.

“İşğalçılar arasında fövqəladə vəziyyətin nədən yarandığı, eləcə də Rusiya Federasiyasının Qara dəniz donanmasının tərkibinə daxil olan bu tipli üç freqatdan hansının zədələndiyi hələlik bəlli deyil”, - mətbuat orqanı yazıb.

Nəşr qeyd edir ki, ötən gecə sosial şəbəkələrdə gəmidəki partlayışla bağlı məlumat yayılıb: “Bu gün belə bir hadisənin həqiqətən baş verdiyinə dair təsdiq aldıq”.

Bənzər yazılar

0.44709610939026