Dmitri Medvedevə və Sergey Şoyqu Ukrayna Baş Prokurorluğuna çağırılıb

 06-05-2022

Ukrayna Baş Prokurorluğu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə və müdafiə naziri Sergey Şoyquya çağırış vərəqəsi göndərib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurluğu məlumat yayıb.

Medvedev cinayət törətməkdə (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması maddəsi ilə) şübhəli bilinən şəxs qismində dindirilmək, həmçinin 28 mart tarixli cinayət prosesi çərçivəsində digər prosessual hərəkətlərdə iştirak etmək üçün mayın 16, 17 və 18-də Ukrayna Prokurorluğuna çağırılıb.

S. Şoyqu da eyni tarixlərdə şübhəli şəxs qismində dindirilməyə çağırılıb.

Prokurorluğun saytında həmçinin Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da şübhələr və dindirmə üçün çağırışlar göndərildiyi barədə məlumatlar dərc edilib.

Bənzər yazılar

0.41637086868286