Füzuli rayon Mərkəzi Xəstəxanasına SİLAHLI BASQIN: Şöbə müdirini DÖYDÜLƏR

 06-05-2022

Füzuli rayon Mərkəzi Xəstəxanasını əməkdaşı döyülüb.

Bu barədə Lent.az-a hücuma məruz qalan xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Əliyev özü məlumat verib. 

Onun sözlərinə görə, hadisə mayın 5-i saat 16 radələrində qeydə alınıb. 3 nəfər - 72 yaşlı kişi, oğlu və yeznəsi xəstəxanaya gələrək V.Əliyevi söyərək döyüblər: "Onların üzərində silah da olub".

Zərərçəkmiş həmçinin qeyd edib ki, həmin şəxslər bir müddət əvvəl də xəstəxana müdirinin inzibati işlər üzrə müavininə hücum edibmiş. Hazırda onların işi məhkəmədədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, hazırda faktla bağlı Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

0.36995315551758