Məşhur türkiyəli teleaparıcı İstanbul aeroportunda SAXLANILDI

 02-02-2023

Məşhur türkiyəli teleaparıcı Metin Uca İstanbul Hava Limanında saxlanılıb.

Teleaparıcı Ankaraya getmək üçün İstanbul Hava Limanına gəlib. Bilet və şəxsiyyət vəsiqəsi yoxlamaları əsnasında Metin Uca barəsində axtarış qərarı olduğu müəyyənləşib.

Metin Uca polis tərəfindən saxlanılıb.

Onun müvafiq prosedurlardan sonra ədliyyə orqanlarına təhvil veriləcəyi bildirilir.

Mənbə: Haber Global

Bənzər yazılar

0.46638512611389