İki qardaşını itirdi, atası evdən gedib bir də GERİ QAYITMADI – Rahidə Baxışova haqqında FAKTLAR

 01-02-2023

Kulis.az müğənni Rahidə Baxışova haqqında maraqlı faktları təqdim edir.

Rahidə Baxışova 1979-cu il 31 dekabrda Bakı şəhərində anadan olub. Ailənin ilki olan Rahidənin özündən başqa bir bacısı və iki qardaşı olub.

10 yaşı olanda, Rahidənin atası qəfildən yoxa çıxır. Ailə onu nə qədər axtarsa da, heç yerdə tapa bilmir. Müğənni müsahibələrinin birində bu haqda deyir:

“Atam 1989-cu ildə yoxa çıxdı. Evdən getdi, bir də geri qayıtmadı. Onda mənim on, bacımın bir yaşıp vardı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma tapmadıq. Düşünürəm ki, dünyasını dəyişib. Həyatda olsaydı, mütləq bizi axtarardı. Onun qızı tanınmışdır, axtarardı. Həmişə onun ruhuna dualar edirəm. 20 yanvar hadisələri ərəfsində itdi. Anam xəstəxanalara, morqa getdi, alınmadı. Anam 4 uşağı saxlamaq üçün 3 yerdə işləyirdi. Bağçada, ofisdə yemək bişirirdi. Səhər çıxırdı evdən qaçaraq o, işlərin dalınca gedirdi. Mənim anam, yazıq anam, həqiqətən də, çox əzab çəkib”.

Uşaqlıqdan musiqi ilə məşğul olan müğənni məktəb illərində müxtəlif musiqi yarıslarında iştirak edib. Sonrakı illərdə o, “Sübh şəfəqləri”, “Pöhrə 95”, “Qızıl açar”, “7-17” kimi nüfuzlu mahnı festivallarda qalib olub.

1997-ci ildə müğənni “Sən öyrətdin” adlı mahnı ilə debüt edir. Və bu mahnı ilə insanların sevgisini qazanır.

Müğənni çox erkən yaşda ailə həyatı qurur. 22 yaşında o, artıq ana olur. Və sənətdən uzaqlaşır. Özünü daha çox ailə sinə həsr edən müğənnin ən böyük arzusu qız övladının olması olur. Bir neçə il sonra o, bu arzusuna da, çatır. Uşaqları böyüyəndən sonra yenidən sənətə qayıdan müğənni yeni mahnılar ifa etməyə başlayır.

Ancaq bir müddət sonra Rahidə həyat yoldaşından ayrılıq, oğlu və qızı ilə birgə yaşamağa başlayır. Müsahibələrinin birində isə o, bu haqda deyir:

“Ailə qurandan sonra sənətlə bağlı müəyyən qadağaları olur. Yaxşı kişinin sözünü dinləməyə dəyər. Məni kənardan heç kim incitməyib. Doğma, yaxın bildiklərim incidiblər. Ona qarşı heç bir hissim yoxdur. Heç köz də qalmadı. Çünki duyğularımı, hislərimi məhv etdi. Ailədə kişidən çox şey asılıdır. İstəsə davam etdirər, istəsə dağıdar. İnanmıram ki, ideal kişi olsun, ailəsinə 100% baxsın”.

Müğənni gənc yaşında çox ağır itkilər yaşayıb. Belə ki, onun qardaşlarından biri 24 yaşında, digəri isə 35 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Bu barədə o, müsahibələrinin birində deyir:

“Heç kim istəməz ki, doğmalarını itirsin. Qardaşım çox cavan yaşda dünyasını dəyişdi. 2 qardaşım var idi. Biri 24, digəri isə 35 yaşında rəhmətə getdi. Yadıma gəlir ki, balaca qardaşım rəhmətə gedəndə bu birini qucaqlayıb dedim ki, bir qardaşım qaldı. Heç düşünməzdim ki, vaxt gələcək onu da itirəcəm. Sümüklərim sızıldayır. Onu axırıncı dəfə o vəziyyətdə görməyim dilə gələsi deyil. Fəryadımı, acımı, çəkdiklərimi yalnız Allah duya bilər, insanlar yox. Həmişə mənim bir üzüm güləcək, bir üzüm ağlayacaq. Çünki canımın bir parçası gedib. Bir də anam var. Ölüm Allahın hökmüdür. Biz ağlasaq da, ürəyimiz partlasa da, Allahın işinə qarışa bilmərik. Allah cavanlara dəyməsin, amma ölümün də yaşı yoxdur”

Bənzər yazılar

0.26338386535645