İş adamı ilə bağlı POLİSƏ ŞİKAYƏT – 200 MİNLİK İDDİA

 05-05-2022

Tanınmış iş adamı Bəxtiyar Əzizli ilə bağlı polisə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən 1983-cü il təvəllüdlü İqrar İsgəndərov ərizəsində Bəxtiyar Əzizlinin ona məxsus 200 min manat pulu ələ keçirdiyini bildirib.

Şikayətçi qeyd edib ki, 1984-cü il təvəllüdlü Bəxtiyar Kamal oğlu Əzizli 2021-ci ilin dekabr ayında onu aldadaraq pulu alıb və daha sonra geri qaytarmayıb.

Toplanmış materiallar Bakı Şəhər Baş Polis İdarəsindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

B.Əzizli 2016-cı ildə neft sektorunda ixtisaslaşan “TOBOİL” və “Neftgen” şirkətlərini təsis edib.

O, 2020-ci ildə “Baxmedia” şirkətini yaradıb. //Qafqazinfo.az

Bənzər yazılar

0.45638489723206