Səfirliyimizə hücum edən terrorçunun müsahibə GÖRÜNTÜLƏRİ YAYILIB - VİDEO

 27-01-2023

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edən şəxsin televiziya kanallarına rahat şəkildə müsahibə verdiyi görüntülər ortaya çıxıb.

Terrorçu ətrafda mühafizə olmadan İran televiziyasına müsahibə verib, hadisə barədə danışıb.

Onun saxlanılma kamerasında olmadan bu şəkildə görüntülərinin yayılması etirazlara səbə olub.

Bundan başqa, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni görüntüləri ortaya çıxıb.

"Qafqazinfo" hadisənin yeni görüntülərini yayıb.

Məlumata görə, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səfirliyimizə bir neçə dəfə hücum edib. Növbəti cəhddə isə o, maşınından “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.

Xatırladaq ki, bu gün “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.  Hadisədən bir qədər sonra terrorçu saxlanılıb.



 

Bənzər yazılar

0.40748906135559