Ancelina Coli illərdir apardığı mübarizədən GERİ ÇƏKİLİB: PULU QURTARIB

 27-01-2023

Hollivud aktrisası Ancelina Coli qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə fondunu bağlamaq qərarına gəlib.

Məlumata görə, o, maliyyə çətinlikləri səbəbindən belə bir qərar verib.

Fond 2015-ci ildə Coli və Britaniyanın keçmiş Mühafizəkarlar Partiyasının lideri Vilyam Heyq tərəfindən yaradılıb. Mövcud olduğu müddət ərzində aktrisa təşkilata 1,7 milyon funt-sterlinqdən (3,5 milyon manatdan çox) sərmayə qoyub.

Bununla belə, hazırda fondun hesabında cəmi 52 min funt sterlinq (109 min manat) qalıb.

Xatırladaq ki, Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının vəzifəsindən çıxıb. O, təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.

“BMT sistemində 20 illik işdən sonra hiss edirəm ki, mənim üçün fərqli işləmək - qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq vaxtıdır”, - deyə o bildirib.

Mənbə: Lenta.ru

Bənzər yazılar

0.2036759853363