Ağdam Sənaye Parkının rezidenti PVC dam örtükləri İSTEHSAL EDƏCƏK

 24-01-2023

“Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin noyabr-dekabr aylarında fəaliyyətə başlamağı planlaşdırır”.

Bunu “Azərbaycan iqtisadiyyatı” “Telegram” kanalına “NN-Tel Group”un layihə rəhbəri Vasif Məmmədov deyib.

Onun sözlərinə görə, müəssisə PVC dam örtüklərinin istehsalını həyata keçirəcək. Şirkətin aylıq istehsal həcminin 14000 kvadratmetr olması proqnozlaşdırılır. “NN-Tel Group”un dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək.

Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 000 manat investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Bənzər yazılar

0.46602582931519