Dünya bazarında neftin qiymətləri fərqli formada dəyişib.
Belə ki, WTI markalı neftin mart fyuçersləri 0,01% bahalaşaraq, bir barelin qiyməti 81,63 ABŞ dolları olub.
“Brent” markalı neftin mart fyuçersləri 0,06% ucuzlaşaraq, bir barelin qiyməti 88,14 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg