Zaur Məmmədov: “Ermənistana göndəriləcək yeni xüsusi missiya bölgəyə yeni müharibə gətirə bilər” 

 23-01-2023

“Ermənistana göndəriləcək yeni xüsusi missiya bölgəyə yeni müharibə gətirə bilər”.

Bunu “Report”a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.

Bəhsedilən qərarı qəbul edənlərin bunun fərqində olmadığını deyən ekspert bildirib ki, Fransa bir çoxlarını aldadaraq, Avropa İttifaqı adından (Aİ) istifadə edərək guya Aİ-nin maraqlarını Cənubi Qafqazda qorumaq niyyətindədir:

“Əslində, sözügedən qərar birbaşa Avropa İttifaqının Cənubi Qafqazdakı maraqları ilə üst-üstə düşməyən və onun maraqlarını təhdid edən qərar kimi qəbul edilməlidir. Mövcud qərar Ermənistanda Rusiya ilə Qərb arasındakı münaqişəni daha da dərinləşdirəcək. Nəticə etibarilə Cənubi Qafqazda ikinci Ukraynanın şahidi ola bilərik”.

Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı bu qərarı qəbul etməklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı Ermənistanın vaxtı daha da uzatmasına şərait yaradan addım atmış olacaq:

“Nəticədə Ermənistan sülh müqaviləsini imzalamağı, Zəngəzur dəhlizinin açılmasını uzatmağa çalışacaq və eyni zamanda Qarabağın dağlıq hissəsindəki erməni separatçıları özlərini daha da qeyri-adekvat şəkildə aparacaq. Bu isə bölgədə yeni müharibənin başlanması demək olacaq. Əgər söhbət Ermənistanın Azərbaycandan qorunmasından gedirsə, bu qərar Azərbaycanın rəyi olduqdan sonra qəbul edilə bilər. Azərbaycanın rəyi olmadan təktərəfli şəkildə Ermənistana iki il müddətinə xüsusi missiyanın göndərilməsi Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə zərbə vuran addım kimi başa düşülməlidir”.

“Biz Avropaya yaxınlaşmaq istəsək də, Fransa orada işləri korlamaqla məşğuldur. Fransanın qeyri-konstruktiv addımları Avropanın maraqlarına və Azərbaycanın sülh layihələrinə zidd olan məsələdir. Bununla da Makron erməni disaporasından aldığı vəsaitləri “effektiv şəkildə xərcləyərək” Aİ-Azərbaycan münasibətlərinin korlanması üçün hər şeyi etmiş oldu. Bütövlükdə qeyd etmək lazımdır ki, Azərbaycan bu kimi addımları qeyri-qanuni hesab edir və Ermənistan tərəfi bizim qarşımızı heç bir qüvvənin kəsə bilməyəcəyini bilməlidir. 2023-cü il Ermənistan üçün son il olacaq. Nəticədə Paşinyan hökuməti, Fransa və separatçılar vəziyyəti gərginləşdirərsə, Azərbaycanın dəmir yumruqla bölgədə ədaləti bərpa edəcəyinin şahidi ola bilərik”.

Bənzər yazılar

0.2209300994873