Müxtəlif sektorlarda fəaliyyət göstərən 30-dan çox sahibkar “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.
Bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, “Bakı KOB evi”nin rəhbərliyi tərəfindən “Marsol” MMC-nin üzvü olan biznes subyektlərinə KOB evində sahibkarlar üçün yaradılmış imkanlar, o cümlədən “G2B” və “B2B” xidmətlər, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət qurumları və özəl şirkətlər tərəfindən sahibkarlara göstərilən xidmətlərin vahid məkanda toplanması biznes subyektlərinin vaxtına və xərclərinə qənaət etməyə imkan verəcək.
Sahibkarlar “Bakı KOB evi”ndə onlar üçün yaradılmış şəraitdən məmnunluqlarını bildirib, “KOB evi”nin xidmətlərindən fəal istifadə edəcəklərini qeyd ediblər.
“Bakı KOB evi” ilə tanışlıq zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb.