Bakıda lentə alınmış bu görüntülər GÜNDƏM OLUB - VİDEO

 18-01-2023

Bakıda azyaşlının avtomobil yolunda motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

Görüntüləri Saleh Nəsirov adlı sosial şəbəkə istifadəçisi öz hesabında paylaşıb.


O bildirib ki, görüntülər 16 yanvar saat 13:13 radələrində Yasamal rayonunun Məhəmməd Naxçivani küçəsində lentə alınıb.

Kadrlarda 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.



Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Yeniavaz.com-a bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək: “Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

Bənzər yazılar

0.50090003013611