Görmə məhdudiyyətli şəxslər Prezident Administrasiyası qarşısında ETİRAZ AKSİYASI KEÇİRİBLƏR

 17-01-2023
Gözdən Əlillər Cəmiyyətinin (GƏC) üzvləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.
 
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
 
Aksiya iştirakçısı 1-ci qrup əlil Vəfadar Novruzov bildirib ki, GƏC onların hüquqlarını pozur:
 
“2002-ci ildən bu günə qədər Cəmiyyət bir qrup şəxsin əlində cəmləşib. Özləri istədikləri kimi dövlətin verdiyi evləri satırlar, dövlətin verdiyi bütün qayğıları özləri istədikləri kimi mənimsəyirlər. Biz ölkədə ikinci, üçüncü dərəcəli vətəndaş hüququnda qalmışıq. Evlər istər 2008, istərsə də 2015-ci ildə Cəmiyyətin rəhbəri və bir qrup şəxs tərəfindən bölüşdürülüb”.
 

Bənzər yazılar

0.14336013793945