Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.
APA.az xəbər verir ki, Mirzəyev Şahin Əyyub oğlu 16 aprel 1968-ci ildə Naxçıvanda anadan olub.
O, Azərbaycan Texniki Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Ş.Mirzəyev bu vəzifəyə qədər Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi işləyib.