Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
APA.az xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Qeyd edək ki, general-leytenant Şamı Abdullayev 05.01.1962-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olub.
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib. Ailəlidir, 2 övladı var.
14 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilib.