Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün ərizə yazaraq işdən çıxıb.
F.Əliyev başqa dövlət qurumuna vəzifəyə gedib.
DGK-dan məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, F.Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.