Gömrük Komitəsində daha bir general İSTEFA VERİB

 17-01-2023

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevin tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

Modern.az xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

Bənzər yazılar

0.31175708770752