Roma Papası Azərbaycan səfirinin etimadnaməsini QƏBUL EDİB

 14-01-2023

“Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur. Fond tərəfindən Vatikanda bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələrin bərpası mədəni irsin qorunması sahəsində böyük işlərdir”.

Bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun etimadnaməsini qəbul edərkən səsləndirib.

Pontifik qeyd edib ki, həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edir.

Diplomat, həmçinin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Görüş zamanı Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.

Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.

Bənzər yazılar

0.46983194351196