Hicran Rüstəmov 212 milyonluq yeyintidə İTTİHAM OLUNUR

 11-01-2023

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

APA.az  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Qeyd edək ki, daha əvvəl Hicran Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilməsi barədə məlumat yayılmışdı.

Məlumata görə, o, Səbail Rayon Məhkəməsinin 13.12.2022-ci il tarixli qərarı ilə həbs edilib.

Bənzər yazılar

0.43511891365051