Bakıda həbsxanada ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Belə ki, məhkum Saleh Məmiyev qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakıdakı həbsxanalardan birində cəza çəkən məhkum Fətəliyev Həsən Əvəz oğlunun ölüm xəbərini vermişdik.