Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “NSMedkial”MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo.az xəbər verir ki, maliyyə dəyəri 469 357.26 AZN olan müqavilədə tibbi avadanlıqların satınalınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “NSMedikal” MMC 23 may 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, mənzil 63-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Sadıqov Vüqar Nurəli oğludur.
“NSMedkila”ın veb-səhifəsində şirkət barəsində yerləşdirilən məlumatdan aydın olur ki, MMC 2009-u ildən 2018-ci ilə qədər “Vita Farm” adı altında fəaliyyət göstərib.
“Vita Farm” şirkətinin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkətlərinin siyahısında rast gəlinir. Bir neçə il əvvəl nazirin biznes imperiyası haqqında dərc edilən araşdırma materialında “Vita Farm”ın ona məxsus olduğu qeyd edilib. Bundan başqa, bəzi materiallarda isə “Vita Farm”ın “Gilan Holdinq”ə daxil olan şirkətlərdən bir kimi keçir. Sözügedən holdinqin isə Kəmaləddin Heydərova məxsus olduğu sirr deyil.
Mənbə Qaynarinfo.az