Bakıda qadın illərlə sevgilisini ALDATDI: Yarım milyon pulunu aldı

 26-04-2022

Bakıda külli həcmdə dələduzluqda təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Samir Əliyevin icraatına verilib.

İş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.

Məlumata görə, A.Mirzəyev radiotezliklər idarəsində çalışır. S.Bədəlova A.Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda işləyib. Burada tanış olan şəxslər sonradan üç-dörd il sevgili olublar.

İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A.Mirzəyevdən 434 min manat pul alıb. Sonradan isə ortada nə sevgi qalıb, nə də biznes.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

Bənzər yazılar

0.72435116767883