Qarşıdakı iki gündə Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti AÇIQLANDI

 07-01-2023

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.info-a verilən məlumata görə, qeyd olunan rayonlarda yanvarın 8-də arabir qar yağacağı və duman olacağı gözlənilir.

Bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 5-8, gündüz 2-4 dərəcə şaxta olacaq.

Yanvarın 9-da isə Şuşa, Kəlbəcər və Laçında arabir qar yağacağı və duman olacağı gözlənilir.

Qeyd edilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 6-10, gündüz 3-5 dərəcə şaxta olacaq.

Bənzər yazılar

0.34422278404236