Siyəzəndəki 4 saylı orta məktəbin laborantı İNTİHAR EDİB

 26-04-2022

Siyəzən rayonunda intihar hadisəsi baş verib.

“Kriminalqafqaz”ın məlumatına görə, Siyəzən şəhəri Sabir küçəsində yaşayan, 1988-ci il təvəllüdlü E.Hüseynova özünü asaraq intihar edib.

Bildirilib ki, intihar edən qadın Siyəzəndəki 4 saylı orta məktəbin laborantı vəzifəsində çalışıb.

Son vaxtlar onda psixoloji pozuntuların yarandığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.20107579231262