Teoman: “Özüm üçün “tənbəllik karyerası” qurmağı planlaşdırıram” 

 07-01-2023

“Mən yarı təqaüdçüyəm, eləcə boş-boş gəzirəm”.

Bu sözləri məşhur türkiyəli müğənni Teoman deyib.

Yarıtəqaüdçü həyatı yaşadığını bildirən 55 yaşlı müğənni qeyd edib ki, gündəlik həyatında heç nədən imtina etməməyə çalışır. “Mən boş-boş oturmağı, dostlarımla görüşməyi və idman etməyi sevirəm”, - deyə o qeyd edib.

Musiqiçi verəcəyi konsertləri ikiyə böldüyünü bildirib. “Həyatımda heç nədən imtina etməmişəm. Eləcə boş-boş gəzirəm, daha az film izləyirəm və daha çox kitab oxuyuram. Artıq özüm üçün “tənbəllik karyerası” qurmağı planlaşdırıram. Çox işləmək istəmirəm”, - deyə o vurğulayıb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.48705101013184