Elman Rüstəmovun nikahdankənar oğlu Bakıya GƏTİRİLİB? - Məni dəlixanaya saldırmaq istəyir…

 05-01-2023

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl 14 yaşlı yeniyetmə Aqil Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirərək video yaymışdı.

Bakupost.az xəbər verir ki, Aqil yenidən, ikinci dəfə videomüraciət yayıb.

O bildirib ki, birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmov qəzəblənib və anasına zəng edərək onun Bakıya gətirməsini əmr edib.

Aqil qeyd edib ki, Elman Rüstəmov onu psixoloji dispanserə saldırmaq istəyir:

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji dispanserə saldırmaq istəyir. Mən tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Qeyd edək ki, Aqil hazırda Bakıdadır. O, bir neçə gün əvvəl Bakı-Dubay reysi ilə ölkəyə gətirilib.

Bənzər yazılar

0.32394409179688