Türkiyəyə işləməyə gedən NAXÇIVANLILAR: “Görün qazanda bir tikə ət tapırsınız?" – VİDEO

 05-01-2023

“Uşaq məktəbdən gəlib, makaron supu bişirmişəm. Gəlin bu qazana baxın, görün içində bir tikə ət tapırsınız?”.

Bunu Şərur rayonu Cəlilkənd sakini, 4 övlad anası Pakizə Allahverdiyeva “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə deyib.

O bildirib ki, 3 övladı və yoldaşı ilə 20 ildən çox Türkiyədə işləyib:

“Tekstil işində işləyirdik. Bilmirdim, makinaçı da deyildim, ortada o yana-bu yana qaçırdım. Türkcə söz deyirdilər, anlaya da bilmirdim. Üstümə qışqırırdılar, qorxumdan ağlayırdım. Mənim vətənimdə iş yeri olsa, mən niyə ora gedirdim? Bizim atamız öldü, yas yerinə gələ bilmədik”.

Səhhətində problem yarandığına görə 57 yaşlı P.Allahverdiyeva artıq Şərura qayıdıb.

Daha ətraflı:

Bənzər yazılar

0.14036989212036