“Queen” rok-qrupunun yaradıcılarından biri və gitaraçı Brayan Mey “Britaniyanın cəngavər-bakalavr” tituluna layiq görülüb.
Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Bildirilir ki, Mey bu titula musiqi sahəsindəki nailiyyətləri, eləcə də astrofizika sahəsində işi və vəhşi heyvanların mühafizəsi üzrə fəaliyyətinə görə layiq görülüb.
“O, 2008-ci ildə London Stereoskopik Şirkətini bərpa edib, 2015-ci ildə isə Yer kürəsini asteroidlərin təsirindən qorumaq üçün Asteroid Gününü təsis etdi”, - deyə sənəddə vurğulanıb.
O da qeyd olunur ki, gitaraçı 2009-cu ildə “Save-Me Trust” təşkilatını təsis edib.
Meyin özü bu titulu bir növ çağırış adlandırıb.
“Mən bunu belə görürəm - dünyada yaxşılıq etmək və bunu əvvəlkindən daha yaxşı etmək”, - deyə o bildirib.
Xatırladaq ki, oktyabr ayında “Queen” 1988-ci ildə yazılmış buraxıb. Bəstə 1989-cu ildə işıq üzü görən “The Miracle” albomu üzərində işləyərkən vokalçı iştirakı ilə yazılıb.
Mənbə: Lenta.ru