“Netflix” striminq xidməti Hollivud ulduzları Rayan Qoslinq və Kris Evansın çəkildikləri “Boz adam” (“The Grey Man”) franşizasının davamının çəkildiyini elan edib.
Sikvelin müəllifləri yenə Co və Entoni Russo qardaşları olacaq. Rayan Qoslinqin aktyor heyətində mütləq yer alacağı məlumdur, Kris Evansın davam filmində iştirakı hələlik sual altındadır.
“Biz həmişə filmdə çoxlu heyrətamiz personajları olan “Boz adam”ın genişlənmiş kainatın bir parçası olmasını istəmişik. “Netflix”in Rayanın baş rolda oynadığı franşizanın davamını elan etməsi bizi sevindirdi”, - deyə Russo qardaşları bildiriblər.
Xatırladaq ki, blokbasterin çəkilişlərinin bir hissəsi . Filmdə Bakının “Alov qüllələri” və Azərbaycanın dövlət bayrağının görüntüləndiyi kadrlar da var. Filmdə personajlardan birinin azərbaycanlı olduğu da bildirilir.
Süjetdə “Boz adam” ləqəbli keçmiş gizli agentin qatilə çevrilməsi və varlığından əvvəllər xəbəri olmadığı iki qızını xilas etmək üçün apardığı mübarizədən bəhs edilir.