Elman Rüstəmovun nigahdankənar oğlu VİDEO MÜRACİƏT YAYIB

 29-12-2022

Baş nazirin müşaviri, Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu iddia edən yeniyetmə videomüraciət yayıb. 

"Qafqazinfo" xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. 14 yaşlı Aqil E.Rüstəmovun onun atası olduğunu deyib və hazırda anası ilə onu təhdid etdiyini bildirib.

Yeniyetmənin sözlərinə görə, doğma atasını həyatda cəmi 3 dəfə görüb, əsl adının Elman olduğunu da bu yaxınlarda öyrənib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyyətinin sabiq sədri Elman Rüstəmovun nigahdan kənar oğlu Aqil adlı gəncin anası Sevinc Rəsulova olduğu deyilir.

Sevinc Rəsulova zamanında Elman Rüstəmovun bankı olan Bank Respublikada çalışıb və iddialara görə Elman Rüstəmov bu xanıma bildirib ki, ailəmdən ayrılıb səninlə evlənəcəm. Amma onu aldadıb və uzun müddətli vətəndaş nigahı əsasında Aqil dünyaya gəlib. Bu azmış kimi Elman Rüsrəmov uşağa öz adını və soyadını verməkdən imtina edib. yayılan məlumata görə Sevinc Rəsulova Elman Rüstəmovdan 25 yaş kiçikdir.

Hazırda Birləşmiş Ərəb Əmirliyində anası və atalığı ilə yaşayan Aqil Rəsulov deyir ki, Elman Rüstəmov onları dinc buraxmır.

Aqil Azərbaycan Respublikasının prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edərək,  kömək istəyir.

Həmin videonu təqdim edirik:

Bənzər yazılar

0.47648501396179