Rusiyada universitetdə qətliam törədən gəncə HÖKM OXUNUB

 28-12-2022

Rusiyanın Perm Vilayət Məhkəməsi 2021-ci ilin sentyabrında Perm Dövlət Milli Araşdırma Universitetində qətliam törədən Timur Bekmansurovu ömürlük həbs cəzasına məhkum edib.

Beləliklə, hakim ittiham tərəfinin vəsatətini təmin edib: prokurorlar məhkəmədən maksimum cəza hökmü tələb ediblər.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də 1-ci kurs tələbəsi Bekmansurov silahla universitetə girərək qarşısına çıxanı . Hücum nəticəsində altı nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bekmansurovun özü saxlanılarkən aldığı  ayağı baldırından amputasiya olunub.

Mənbə: RBK

Bənzər yazılar

0.15174698829651