Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” SEÇİLDİ- FOTOLAR

 27-12-2022

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.

Yeniavaz.com xəbər verir ki, “Buta palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən “2022-ci ilin ən yaxşı məşqçisi” nominasiyasının qalibləri Qurban Qurbanov (“Qarabağ” FK), Aleksandr Tarakanov  (yunan-Roma güləşi) və Siyana Vasileva (bədii gimnastika) olub.

S. Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.



Nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Fərid Qayıbovun müavini Mariana Vasilevanın bir müddət öncə sosial şəbəkələrdə rəqs edən videosu yayılıb.

Xanım müavin Mariana Vasileva əyləncə mərkəzlərindən birində rəqs ilə diqqətləri öz üzərinə çəkib. 

Qeyd edək ki, yeni nazir müavini M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

Bənzər yazılar

0.14927005767822