Avtomobillərin şüşələrini qıraraq oğurluqlar etdi, ƏLƏ KEÇDİ - ANBAAN VİDEO

 22-04-2022

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub.

Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2 500 manata yaxın maqnitofon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib.

Murad Canızadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.37050008773804