Masallı Rayon Xəstəxanasının baş həkimi SAXLANILIB

 26-12-2022

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.

APA-nın məlumatına görə, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev tutulub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu ilin fevral ayının 25-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim Eşqin Əliyevi təyin etmişdi.

Bənzər yazılar

0.45383191108704